Mili Məclis Sədrinin müavini Bahar Muradova, deputatlardan Elton Məmmədov və Malik Həsənov martın 3-dən 6-dək İsveçrənin Bern şəhərində səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristin Egerszegi-Obrisin dəvəti ilə həyata keçiriləcək. Deputatlarımız səfər çərçivəsində İsveçrə parlamenti Milli Şurasının sədri Stefan Rossini, Kantonlar Şurasının sədri Klod Eş, Federal Xarici işlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çerpet və digər rəsmi şəxslərlə görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB