Donetsk vilayətinin Artyomovsk rayonunun Luqanskoye qəsəbəsində separatçılara qarşı antiterror əməliyyatları aparan Ukrayna ordusu uğur qazanıb. SİA xəbər verir ki, bu barədə ölkənin "glavred.info" saytı məlumat yayıb. Məlumata görə, xüsusi xidmət alayının hərbçiləri Ukraynanın havadan müdafiə korpusunun artilleriya-raket zərbələrinin dəstəyi ilə xeyli sayda separatçıları məhv etməyə nail olub.
Ukraynalı blogger Oleq Yarçuq əlində olan bilgilərə görə öz bloqunda qeyd edib ki, fevralın 25-nə olan məlumata əsasən, separatçılar 7448 nəfər itirib. Onlardan 5896 nəfəri yaralanıb, 3340 nəfəri isə itkin düşüb.
Ukrayna tərəfi 6 nəfər həbrçisini itirib, 9 nəfəri isə yaralanıb. 4 ədəd zirehli texnika zədələnərək, yararsız hala düşüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB