Günay İbrahimli YAP-a üzv olmaq üçün müraciət etdi VİDEO

Günay İbrahimli YAP-a üzv olmaq üçün müraciət etdi VİDEO

Müğənni Günay İbrahimli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədova müraciət edib. SİA-nın məlumatına görə, müğənnin müraciəti YAP-ın bu gün keçirdiyi gənclər günü ilə bağlı keçirdiyi tədbirdə baş tutub.

Müənnin müraciəti Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədova və digər iştirakçıların alqışları ilə qarşılanıb.

Müğənni Günay İbrahimli SİA-ya açıqlamasında deyib ki, YAP-a üzv olmaq onun çoxdanki arzusu olub: "Bu mənim çoxdankı istəyimdir. Xoşbəxtlikdən müraciətim bu günə gənclər gününə təsadüf etdi. Ona görə də istədim ki, mən də YAP-ın üzvü olum".

Bütün xəbərlər Facebook səhifəmizdə