Ermənistanın pilotsuz uçan aparatı məhv edilib RƏSMİ

Ermənistanın pilotsuz uçan aparatı məhv edilib RƏSMİ

Ermənistanın pilotsuz uçan aparatı məhv edilib. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə