Zahid Oruc: “Cəbhədəki vəziyyət Minsk qrupunun mövcudluğuna zərbədir” MÜNASİBƏT
"Etiraf etmək lazımdır ki, hazırki dövrdə danışıqları təşkil etmək kifayət qədər çətinləşib. İndi silahların daha intensiv danışdığı məqamda dövlət başçılarının siyasi vasitələrlə problemi çözməyi xeyli mürəkkəb görünür". Bunu SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupu həmsədlərinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırması və buna hazırlıq barədə görülən işlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, həmsədlər faktiki olaraq tərəfləri masa arxasına əyləşdirməyə nail ola bilmirlər: "Hazırda ATƏT-in Minsk qrupu geniş və lokal toqquşmaların qarşısını almaqda acizdir. Ümumiyyətlə proses müharibəyə doğru inkişaf edə bilər. Belə olan təqdirdə biz bir neçə nəticəni çıxara bilərik. Bir tərəfdən tərəflərin silahlı vasitəyə daha güclü şəkildə yer verməsi onun sübutudur ki, beynəlxalq vasitəçilər problemi həll edə bilməyəcəklər. Yəni bu, inamsızlığın göstəricisidir."
Z.Oruc hesab edir ki, faktiki olaraq cəbhə xəttindəki durum ATƏT-in Minsk qrupunun mövcudluğuna zərbədir: "Həqiqətən də Qarabağ müharibəsi başlasa, bu halda həmin beynəlxalq dairələrin tutacağı mövqe xeyli sual doğurur. Onlar kimin tərəfində olacaqlar, hansı addıma əl atacaqlar və s. Bu mənada hesab edirəm ki, hazırki dövrdə danışıqlar problemin həlli yollarının tapılmasına xidmət etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB