ABŞ-İsrail münasibətlərində GƏRGİNLİK

ABŞ-İsrail münasibətlərində GƏRGİNLİK

İsrail prezidenti Reuven Rivlin ABŞ prezidenti Barak Obamanın görüş təklifini rədd edib. SİA xəbər verir ki, bu barədə İsrailin "haaretz" nəşri yazır. Rivlinin Obamanın təklifini rədd etməsi onun iş qrafikinin sıx olması ilə əlaqələndirilib. Belə ki, Ağ evin rəsmi nümayəndələri İsrail prezidentinin müşaviri ilə əlaqə saxlayıblar. Onlar Barak Obamanın Reuven Rivllə görüş planının olmasını müşavirə bildiriblər. Lakin İsrail prezidenti həmin görüşdən imtina edib.

Bu arada məlum olub ki, ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-a gözlənilən rəsmi səfəri zamanı onunla görüşməyəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə