Akif Nağı: “Uorlikin bəyanatı ABŞ-ın mövqeyini əks etdirir"

Akif Nağı: “Uorlikin bəyanatı ABŞ-ın mövqeyini əks etdirir"

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatı müəyyən mənada ABŞ-ın mövqeyini əks etdirir". Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədri deyib ki, ABŞ son dövrlər cəbhə bölgəsində baş verən hadisələrdən narahatdır: "ABŞ istəyir ki, məsələ Ermənistanın xeyrinə həll olunsun. Bu, ABŞ-ın hər zamanki mövqeyidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ heç bir dövlət münasibət bildirmədiyi zamanda ABŞ məsələ ilə əlaqədar öz strategiyasını müəyyənləşdirmişdi.1989-cu ilin 19 iyununda ABŞ Senatında Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq qətnamə qəbul olunub. Həmin qətnamədə Azərbaycan ermənilərin xeyrinə uyğun bir şəkildə ittiham olunurdu ki, guya Dağlıq Qarabağda ermənilərin hüquqları pozulur. 1989-cu ilin noyabrında ABŞ Senatının Alt Komitəsində məsələ müzakirə olunaraq yenə də ermənipərəst qətnamə qəbul olundu. Bundan başqa bu günlərdə ortaya çıxan və hazırkı ABŞ Dövlət Katibi Con Kerrinin də imzaladığı 1990-cı il 18 yanvar tarixli müraciət də məsələ ilə bağlı ABŞ-ın mövqeyini ortaya qoyur. Hesab edirəm ki, ABŞ artıq o dövrdən məsələ ilə bağlı öz mövqeyini müəyyənləşdirib. Bu gün onlar cəbhə xəttindəki gərginlikdən narahatdırlar. Ona görə də çalışırlar ki, hər hansı bir formada Azərbaycan təsir eləsinlər və ölkəmizi reallıqla razılaşmağa məcbur etsinlər. Yəni, Azərbaycanın hasısa bir alternativ addım atmasına imkan verməsinlər. Hesab edirəm ki, Ceyms Uorlikin son bəyanatı da buna xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə