Azərbaycan Prezidenti Monako şahzadəsi ilə görüşüb

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Monako şahzadəsi II Albert ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı I Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə