"Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi şəsxlərin fəaliyyət istiqaməti bir çox beynəlxalq təşkilatlardan asılıdır". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, adı çəkilən şəxslər hər zaman bir-birilərinə həmrəylik nümayiş etdirirlər. Bunun da səbəbi eyni beynəlxalq təşkilatlara bağlı olmaqlarıdır: "Bu şəxslər hər zaman anti Azərbaycançılıq mövqeyindən çıxış ediblər. Azərbaycana qarşı fəaliyyət göstərən beynəlxalq qurumların sözləri ilə hərəkət edən şəxslər heç bir siyasi iradəyə sahib deyillər. Dinamik inkişaf edən Azərbaycana qarşı paxıllıq niyyəti daşıyan "Freedom House", "Human Rights Watch", "SOROS" kimi təşkilatlara bağlı olmaq Azərbaycançılıq müstəvisinə sığmayan addımdır. Azərbaycana təzyiq etmək üçün müxtəlif yollar seçən bu şəxslərin hər hansısa uğur qazanması mümkünsüzdür. Bu şəxslərin hamısı komanda şəklində hərəkət edirlər. Adi gözlə baxdığımızda onların fəaliyyət istiqamətinin anti Azərbaycançılığa yönəldiyini sezmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB