Gülağa Aslanlı: “Əli Kərimli vahid mövqe sərgiləsəydi, daha yaxşı olardı” İTTİHAM
"AXCP-nin sədri Əli Kərimlinin mövqeyi tamamilə siyasi etikaya ziddir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının başqanının müavini, partiyanın Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı ötən həftə Arif Hacılının Əli Kərimli ilə əməkdaşlıq mövzusundakı görüşünə münasibət bildirərkən deyib.
Müsavat rəsmisinin fikrincə, AXCP rəhbərliyi vahid mövqe sərgiləmir: "Məncə, onlar vahid bir mövqe sərgiləsələr, daha məqsədəuyğun olar. Çünki Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq etməsi fonunda deyilən fikirlər də məsələni konteksdən kənarlaşdırmaqdır. Bu kimi açıqlama görüşün məzmunu və mahiyyətini dəyişməkdən başqa bir şey deyil. Əməkdaşlıq təklifinə gəlincə isə, biz Müsavat Partiyası olaraq doğru yolda, doğru mövqe sərgiləyirik".
Xatırladaq ki, AXCP sədri Əli Kərimli Müsavatın başqanı Arif Hacılı ilə görüşündə ikincinin ona əməkdaşlıq təklifinə cavab olaraq, həmin təklifin partiyada müzakirə ediləcəyini və yekun qərar veriləcəyini demişdi. Lakin sonradan Əli Kərimli "Azadlıq" qəzetinə verdiyi açıqlamasında Müsavat partiyası ilə əməkdaşlığın mümkün olmadığını bildirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB