""Freedom House" təşkilatının keçmiş rəhbəri, "McCain" institutunun insan haqları və azadlıqları üzrə hazırkı direktoru Devid Kramer Azərbaycana qarşı düşmən mövqedə dayanan və bütün xoşagəlməz çağırışların müəllifi kimi diqqəti cəlb edir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
F. Ağamalı deyib: "I Avropa Oyunlarının boykotu, Azərbaycana qarşı sanksiyaların tətbiqi, ölkəmizdə daxili sabitliyin pozulmasına dair çağırışlar kifayət qədər ciddi məsələlərdir. Hesab edirəm ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi xüsusi nota və ya müraciəti ABŞ-ın rəsmi orqanlarına göndərməlidir. Bu cür avantürist çağırışların qarşısı alınmalıdır".
"Əgər ölkənin dövlət maraqlarına ciddi ziyan vuran, siyasi sabitliyi pozmağa və konstitusion quruluşda dəyişiklik edilməsinə xidmət edən çağırışlar varsa, buna reaksiya verilməlidir. Bu məsələlərə mətbuat, Milli Məclisin deputatı kimi mənim və ya digər siyasətçinin münasibət bildirməsi kifayət deyil. Təbii ki, biz ictimai rəydə biz Devid Kramer kimilərinə amansız olmalı və onları ifşa etməliyik. Ancaq, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı ABŞ-ın müvafiq rəsmi orqanlarına müraciət etməlidir". – F. Ağamalı əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB