Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həlli “yolavermə taktikası” ilə uzadılır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdik. Görünən odur ki, ATƏT-in Minsk qrupu "üçlüyü" təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem "yolavermə taktikası" ilə uzadılır". SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan söyləyib ki, bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də "yolavermə taktikası" ilə uzadılması üzücüdür: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Görüşümüzdə bunları da müzakirə etdik. Geriyə addım atmağımız da əsla mümkün deyil!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB