Sabir Rüstəmxanlı: “Kəlbəcərli girovlarla bağlı Avropa məhkəməsi müsbət qərar çıxara bilər”
"Kəlbəcərli girovlarla bağlı azərbaycanlı millət vəkillərinin Avropa məhkəməsinə ünvanladıqları müraciət bu istiqamətdə müsbət nəticələrə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, Avropa məhkəməsi hüquq normalarına əsaslanaraq ədalətli qərar qəbul edə bilər: "Bu artıq təkzibedilməz bir faktdır ki, bir çox təşkilat və qurumlara erməni diasporasının təsiri mövcuddur. Ancaq mən düşünürəm ki, Kəlbəcərli girovlarla bağlı Avropa məhkəməsi obyektiv qərar çıxara bilər. Əgər söhbət qanunun aliliyindən gedirsə, Avropa məhkəməsi obyektiv qərar çıxarmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB