"Müsavat Partiyasının rəhbərliyini və Məclisini, o cümlədən, digər strukturlarını legitim hesab etmirəm". Bu fikirləri Müsavat Partiyasının Məclis üzvü, partiyanın qurucularından hesab edilən Vurğun Əyyub SİA-ya açıqlamasında deyib.
Vurğun Əyyub partiya Divanının üzvü Rauf Əmiraslanlının onun Məclis üzvlüyündən çıxarılması ilə bağlı verdiyi təklifə də münasibətini bildirib. O qeyd edib ki, legitim hesab etmədiyi qurumların onun haqqında verdiyi qərarlar da legitim deyil: "Mənim Məclis üzvlüyündən, yaxud da partiyadan çıxarılmam haqqında deyilən fikirlər məni maraqlandırmır. Bu baxımdan, Rauf Əmiraslanlının dedikləri mənim üçün əhəmiyyətsizdir".
Vurğun Əyyub hazırda Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü olduğunu da xatırladıb.
Qeyd edək ki, Müsavat Divanının sonuncu toplantısında Rauf Əmiraslanlı ADR hərəkarının partiyaya çevriləcəyi ehtimalı barədə fikir billdirib və deyib ki, belə olan halda həmin hərəkatda təmsil olunanlar Müsavat sıralarından uzaqlaşdırılmalıdırlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB