Araz Əlizadə: "Qoyun ilində müxalifət qoyunluğundan əl çəksin"

Araz Əlizadə: "Qoyun ilində müxalifət qoyunluğundan əl çəksin"

"Mən inanıram ki, qoyun ili üzərində təhvil olan 2015-ci ildə radikal müxalifət partiyaları öz qoyunluqlarından əl çəkəcəklər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 2015-ci ildə müxalifət partiyalarının fəaliyyətini proqnozlaşdırarkən deyib.

ASDP sədri maraqdoğurucu fikir irəli sürərək deyib ki, qoyunlar hər zaman keçilərin arxasınca gedirlər: "Qoyunun bir xasiyyəti var, o sürüdə hər zaman keçinin arxasınca gedir. Adətən son nöqtədə keçilər də onları ət kombinatlarına gətirib çıxarırlar. AXCP və Müsavat rəhbərləri də öz partiyalarında keçilərin funksiyasını yerinə yetirir və ətraflarında olan bütün insanları öz arxalarınca uçuruma doğru aparırlar. Mənim isə qoyun ilində arzum odur ki, həmin şəxslər yuxudan ayılsınlar və bir çoxları kimi onlar da partiyadan getsinlər. Çünki ət kombinatında təhlükə ilə üzləşə bilərlər. Ona görə də arxalarınca getdikləri keçilərdən aralansalar, yaxşıdır. Bəlkə o zaman müxalifət düşərgəsində hər hansısa uğurlu addımlar atıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə