Sahibə Qafarova: “Bu, bütün müsəlman ölkələrinin tarixində çox əlamətdar hadisədir” MÜNASİBƏT
"Azərbaycan xalqı Dünya Azərbaycanılarının Həmrəylik Günü ərəfəsində çox tarixi hadisələr yaşamaqdadır. Bir neçə gün öncə Heydər məscidinin istifadəyə verilməsi, Əfv sərəncamının imzalanması insanların sevincinə əlavə sevinc qatdı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Heydər məscidinin istifadəyə verilməsi yüksək dəyərləndirilməlidir: "Bu, bir daha Azərbaycan dövlətinin, möhtərəm Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, İslam dəyərlərinə yüksək münasibətinin göstəricisidir. Xüsusilə, son dövrlər dünyada İslamazidd meyllərin, dinimizlə heç bir əlaqəsi olmayan təxribatçı hərəkətlərin yaşandığı bir məqamda Azərbaycanda belə bir möhtəşəm məscidin istifadəyə verilməsi, Prezident İlham Əliyevin həmin tədbirdə söylədiyi çox dəyərli fikirlər nəinki ölkəmizin, o cümlədən, müsəlman ölkələrinin tarixində çox əlamətdar bir hadisədir. Bu, bir daha onu təsdiq edir ki, müxtəlif siyasi formasiyalarda təqiblərlə üzləşən, hətta bəzən qadağan edilən, lakin Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa edilən İslam dəyərləri, xalqımızın milli mənəvi dəyərləri, uğurlu dövlət – din münasibətləri bu gün Azərbaycanda möhkəm təməllər üzərində inkişaf etdirilir".
Sahibə Qafarova onu da qeyd edib ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri də yaşayır və onlar Azərbaycan dövlətinin himayəsi altında dövlətçiliyimiz və xalqımızın gələcəyi naminə uğurla fəaliyyət göstərirlər: "Onların da dini adət – ənənələrini həyata keçirmək üçün Azərbaycan dövləti hər cür şəraiti yaradıb. Necə ki, bu gün Azərbaycanın ən böyük məscidi - Heydər məscidi istifadəyə verilir, eyni ilə Azərbaycanda digən dinin nümayəndələri üçün də belə gözəl məbədlər istifadəyə verilmişdir. Bütün dünyaya örnək olan Azərbaycanda mövcud tolerantlıq mühiti hər kəsin sərbəst şəkilodə öz dəyərlərini qorumasını, dini inanclarını yerinə yetirməsini təmin etməkdədir", - deyə millət vəkili Sahibə Qafarova əlavə edib.
Daha sonra Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamına da toxunan Sahibə Qafarovanın sözlərinə görə, Prezidentimizin yüksək, ali dəyərlərə, hümanizm ideallarına söykənən Əfv Sərəncamını imzalaması xalqımız tərəfindən də yüksək qiymətləndirilir: "Bu, Prezidentimizin həmişə söylədiyi "Bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır" fikrinin növbəti təsdiqidir. Bəli, Azərbaycan dövləti hər addımında öz vətəndaşının düşünür, sosial statusundan, dinindən, milliyətindən asılı olmayaraq bütün vətəndaşlarının yüksək həyata şəraiti ilə təmin olunmasını prioritet elan edib".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB