Prezidentin əfv sərəncamı icra edilir

Prezidentin əfv sərəncamı icra edilir

Ötən gün Prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə imzaladığı əfv sərəncamının icrası həyata keçirilir. SİA-nın məlumatına görə, sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirlyi Penitensiar Xidmət KİV nümayəndələri, hüquq müdafiəçilərinin cəzaçəkmə müəssisələrinə gedişini təşkil edib.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib ki, sərəncamın icrası bu gün başa çatacaq.

Əfv sərəncamı ilə azadlıqdan məhrum edilmiş 79, islah işləri cəzasına məhkum edilmiş 3, cərimə cəzasına məhkum edilmiş 5 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında "Nida" Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə