Elçin Mirzəbəyli: “Düşünürəm ki, bu, manipulyativ yanaşma tərzi də ola bilər" AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistan müxalifəti artıq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi üçün bu cür bəyanat səsləndiriblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "İrs" partiyasının sədri Raffi Ovannisyanın Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə rəsmi İrəvanın artıq Dağlıq Qarabağ kimi "yaradan" qurtulması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, ümumilikdə onların sayı kifayət qədər azdır: "Düşünürəm ki, bu, manipulyativ bir yanaşma tərzi də ola bilər. Həmçinin həmin məsələlər reallığı da ortaya qoyur. O reallıq ki, Ermənistan bütün cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağın nə müstəqillik hüquqi subyektiv olması barədə iddialara ortaya qoya bilmir, nə də anneksiyasını həyata keçirmir. Yəni, bu, faktiki olaraq Ermənistanın bu müstəvidə fiaskosunun tamamilə iflası deməkdir. Bu baxımdan da təbii ki, "İrs" partiyasının sədri Raffi Ovannisyanın dediklərini etiraf kimi qiymətləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB