Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi saat 10:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-dək seçicilərin 501254 nəfəri səsvermədə iştirak edib.
Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 10.4 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 93 saylı Bərdə şəhər dairəsidir ki, artıq 16.2 faiz seçici səs verib. Ən passiv ərazi 95 saylı Tərtər seçki dairəsidir ki, iki saat ərzində cəmi 4.3 faiz seçici səs verib.
Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 25 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".
Qeyd edək ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq.
Xatırladaq ki, MSK gün ərzində daha 4 dəfə 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB