Elşən Musayev: “Artıq bu sərsəmləmələrə güman ki, Əli Kərimlinin özü də inanmır”
"Bütün həyatları və fəaliyyətləri boyunca siyasətin, uğurun, qələbənin kandarında qalan radikal müxalifətimiz indi də hansısa sanksiyalardan dəm vurur. Ay nə bilim Qərb və Avropa Azərbaycanla münasibətlərinə yenidən baxacaq, dinləmələr olacaq, ölkəmizlə bağlı sərt qərarlar qəbul ediləcək və s ilaxır. Həm də guya hansısa agentə ya da millətini və dövlətini satarkən ifşa olunan ixtiyarı bir yaramaza görə. Absurddur deyilmi? Üstəgəl, o qədər absurddur ki, bu fikirlərə və sayıqlamalara böyük ehtimalla artıq AXCP sədri Əli Kərimlinin özü və ətrafındakı nimdaş siyasətçilər də inanmır". SIA xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev "Azadlıq" qəzetinin son günlər mütəmadi xarakter alan sanksiya illüziyalarına cavab olaraq bildirib.
"Hər şeyin səbəbi olmalıdır. Hər şey əsaslandırılmalıdır. Deyilən, söylənən hər şey, yürüdülən hər fikir məntiqə söykənməlidir. Amma, görünən budur ki "Azadlıq" qəzeti və onun sözcüləri həmin bu söylədiyim komponentlərin dərkindən məhrumdurlar. Həm də illər uzunudur. Yox əgər belə olmasaydı arzularını fakt kimi təqdim etməzdilər, mövcud reallığı təhrif edərək onu absurd şəkildə ictimai rəyə sırımağa çalışmazdılar.
Azərbaycan uğurlu inkişaf yolundadır. Qərb və Avropa dövlətləri ilə - təməli son dərəcə möhkəm qoyulmuş çoxillik münasibətlərimiz var. Arada heç bir diplomatik ziddiyyət yoxdur. Əksinə bütün sahələrdə rentabelli bir müsbət dinamıka sezilir. Yaxşı bəs belə olan halda radikal müxalifət nə deyib, nə düşünüb özünə həkk gəlib? Nəyə hesablanıb bütün bu dezolar, yalanlar, absurdlar? Olimpiya oyunlarınamı yoxsa Parlament seçkilərinəmi?" – deyə Partiya sədri fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB