Seçki bülletenlərinin DSK-lara paylanma prosesi başa çatdı

Azərbaycanda bələdiyyə seçkilərini 50 mindən artıq müşahidəçi izləyəcək
Seçki bülletenlərinin DSK-lara paylanma prosesi başa çatdı

"Bələdiyyə seçkilərini izləmək üçün 50 mində artıq müşahidəçi qeydə alınıb". Bu barədə SİA-ya Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində hər məntəqədə seçki prosesini 10-dan artıq müşahidəçi izləyəcək.

Ş. Əsədli onu da deyib ki, artıq seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına (DSK) paylanılması prosesi başa çatıb.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə