Müşviq Ələsgərli: “Qərb sanki bir siqnal gözləyir ki, ölkəyə qarşı hücuma keçsin” AÇIQLAMA
"Əgər istənilən halda hadisə baş verirsə, beləcə həmin hadisə ətrafında geniş araşdırma aparmaq və hadisənin sonunu gözləmək lazımdır". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli dekabrın 14-də Türkiyə polisinin 35 nəfərdən artıq media nümayəndəsini həbs etməsinə və bütün bunların fonunda Qərbin ikili standartlar siyasəti yürütməsinə münasibət bildirərkən deyib.
Mətbuat Şurasının sədr müavinin sözlərinə görə, Türkiyədə müəyyən hadisələrə görə bir qrup jurnalistin istintaqa cəlb olunması, onlar haqqında hansı qərarın veriləcəyi və istintaqın necə yekunlaşacağı hələ məlum deyil: "Yəni, biz burada məhkəmənin hökmü olmadan, məsələ geniş araşdırılmadan, kimin haqlı olub-olmaması barədə qərar verə bilmərik. Düşünürəm ki, istintaqın nəticələrini gözləmək lazımdır. Burada təəccüblü və diqqəti cəlb edən məsələ odur ki, sanki müəyyən beynəlxalq təşkilatlar çox ciddi operativlik göstərirlər. Deməli, insanların instintaqa cəlb olunması prosesi özü yekunlaşmamış artıq hansısa beynəlxalq təşkilatların bəyanatlarını əldə etdik. Bu praktika əslində heç bir yerdə görünməyib. Başqa dünya ölkələrində hadisələr baş verərkən, biz bu qədər operativliyin, tələskənliyin və qərəzli yanaşmanın şahidi olmamışıq. Bəzən adamda elə təəssürat yaradılır ki, bunların hazır bəyanatları belə var. Onlar sanki bir siqnal gözləyirlər ki, ölkəyə qarşı ani bir vəziyyətdə hücuma keçsinlər".
M.Ələsgərli deyib ki, əlbəttə ki, jurnalistlərə qarşı hücum yaxşı hal deyil: "Bu gün söz, mətbuat azadlığı məsələsi dünyanın diqqət mərkəzindədir. Amma bu status heç də jurnalistlərə siyasiləşmək üçün və yaxud ölkənin maraqlarına qarşı çıxmağa əsas vermir. Əgər hər hansı bir şəxs haqqında ciddi dəlil, sübut varsa və dövlət təhlükəsizliyi ilə bağlı problemlər yaranıbsa, əlbəttə bütün vətəndaşlar, insanlar kimi peşəsindən asılı olmayaraq jurnalistlər də istintaqa cəlb oluna və ifadəsi alına bilər. Türkiyədə baş verənlərlə paralel olaraq Azərbaycanda baş verən hadisələrlə bağlı diqqəti cəlb edən və insanda təəssüf hissi doğuran məqam ondan ibarətdir ki, özünü beynəlxalq adlandıran təşkilatlar heç bir hüquqi prosedura hörmətlə yanaşmırlar. Onlar məhkəmə prosesini, məhkəmələrin hansı sonucla yekunlaşacağını, hansı qərarlar çıxaracağını gözləmədən bəyanatlar verirlər. Əslində bu cür hadisələrdən bizim çıxış yollarımız var.
Mən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ötən həftələrdə sitat kimi gətirdiyi ideyanı dəstəkləmək istərdim. PA rəsmisi İranda İslam Konfransı Təşkilatına daxil olan ölkələrin konfransında iştirak edərkən çox maraqlı bir ideya ilə çıxış etdi. O, vurğuladı ki, "islam ölkələrinin bu regiona, coğrafiyaya daxil olan ölkələrin jurnalistlərinin bir vahid birliyini, ittifaqını yaratmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB