Amerikanın məşhur ingilis dilli yəhudi qəzeti "The Algemeiner" "Ermənistanda antisemitizm: Birbaşa və aşkar təhlükə" başlıqlı yazı dərc olunub. SİA xəbər verir ki, yazının müəllifi beynəlxalq məsələlər üzrə israilli ekspert Arye Qutdur. O, sözügedən məqaləsində Ermənistanda millətçilik və antisemitizm probleminə toxunub.
Müəllifin fikrincə, Ermənistanda antisemitizmin və ksenofobiyanın olması mif deyil, təəssüfedici reallıqdır: "Sovet İttifaqının dezinteqrasiyasından sonra Ermənistanda möcvud olan yəhudi azlığının sayı kəskin şəkildə azalmağa başladı. Belə ki, antisemitizm meyllərinin güclənməsi, iqtisadi tənəzzül Ermənistanda yaşayan yəhudilərin bu ölkənin ərazisini kütləvi şəkildə tərk etmələri ilə nəticələndi. Son 20 ildə Ermənistanın yəhudi əhalisinin sayı 5000-dən bir neçə yüz nəfərə qədər enib".
"Yerevanda Holokost yəhudi soyqırımının şərəfinə ucaldılmış xatirə kompleksi dəfələrlə təhqirlərə, dağıntılara məruz qalıb"
Arye Qut qeyd edib ki, bu gün Ermənistanda yəhudilər üzərində mədəniyyət zorakılığı da baş verir. Belə ki, bu ölkədə antisemit kitablar nəşr edilir, televiziyada antisemit verlişlər efirə buraxılır. Eyni zamanda paytaxt Yerevanda Holokost yəhudi soyqırımının şərəfinə ucaldılmış xatirə kompleksi dəfələrlə təhqirlərə, dağıntılara məruz qalıb.
"Əlbəttə ki, başqa ölkələrdə də bu kimi faktlara şahid ola bilərik. Ancaq Ermənistanda bu cür münasibətin olması belə deməyə əsas verir ki, baş verənlər bilavasitə erməni siyasilərinin, erməni mətbuatının yəhudilərə qarşı olan formalaşmış baxışlarıdır. Hakimiyyətə yaxınlığı ilə seçilən radio aparıcılarından biri bir neçə ay ardıcıl şəkildə Ermənistanda antisemitizm təbliğatı aparmaqla məşğul olub. Eyni zamada tanınmış erməni siyasilərindən biri çox rahat bir şəkildə sensasiyalı bəyanat verərək, yəhudiləri təhqir edib və ictimai rəyin onun sözlərinə qulaq asması üçün hər bir şərait yaradılıb. Hansı ki, bundan sonra hakimiyyət onun həbs etdi və artıq o öz sözünü demişdi"-deyə müəllif yazısında bildirib.
"2, 2 milyon Ermənistan əhalisinin 1,3 milyonu antisemit düşüncəyə malik olduqlarını göstəriblər"
Qut qeyd edib ki, Antidiffamasiya liqasının 2014-cü ildə keçirdiyi sonuncu sorğuda Ermənistandakı antisemitizm Avropada ən yüksək göstərici olub – 58 %. Ermənistan bu ölkələr arasında 3-cü yerdə olub. Şərqi Avropa mkanında isə antisemmitizm üzrə Ermənistan birinci yeri tutub: "Beləliklə, 2, 2 milyon Ermənistan əhalisinin 1,3 milyonu antisemit düşüncəyə malik olduqlarını göstəriblər. Ermənistandakı antisemitizm üzrə bu kimi yüksək göstəricini yalnız Yaxın Şərqdə İsrailə aşkar dşümən olan ərəb ölkələri ilə müqayisə etmək olar. Antidiffamasiya liqasının sorğusuna görə, 63% erməni yəhudiləri özlərini yaxşı apara bilmədiklərinə görə, 45 %-i yəhudilərin Holokost barədə çox danışdıqlarına görə, 38 %-i isə yəhudilərin baş verən dünya müharibələrinə cavabdehlik daşıdıqlarına görə sevmədiklərini vurğulayıblar. Düşünürəm ki. bu rəqəmlər erməni ictimai rəyində yəhudilərə qarşı nifrəti kifayət qədər bəlli edir".
Azərbaycanda 1 milyon qaçqın yaşayır
Qeyd edək ki, yəhudi ekspert Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı barədə digər fikirlərini Amerikanın məşhur saytı olan "Jewish News Service" də də bölüşüb. Bu sayt eyni zamanda "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq kampaniyasının rəsmi koordinatorudur.
Arye Qut yazır ki, Ermənistan Azərbaycanın 20 % ərazilərini işğal edən təcavüzkar ölkədir: "Erməni işğalının və etnik təmizləməsinin nəticəsində Azərbaycanda 1 milyon qaçqın yaşayır. Mövcud vəziyyət dünyaya və Cənubi Qafqaz regionuna ciddi təhlükədir. Ermənistan ABŞ-dakı və digər həlledici ölkələrdəki güclü lobbisi sayəsində, o cümlədən, Rusiyanın dəstəyi ilə BMT-nin Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı 20 il öncə qəbul etdiyi dörd Qətnaməyə məhəl qoymur".
"Erməni legionunun əsas hədəfi başda hərbi rəsiləri-millətçi Dro olmaqla minlərlə yəhudilərin məhvi idi"
Müəllif vurğulayır ki, Ermənistanın yəhudi icması İkinci Dünya Müharibəsində alman faşistlərinin (vermaxt-red.) tərkibində döyüşən və qəddarlığı ilə seçilən 20 000-ci "Erməni legionu"nun vəhşiliklərini, qaniçənliklərini heç vaxt unutmayacaq. Sitat: "Erməni legionunun əsas hədəfi başda hərbi rəsiləri-millətçi Dro olmaqla (bu insan şəxsən yəhudilərin məhv edilməsində iştirak edib-müəllif.) minlərlə yəhudilərin məhvi idi...Erməni legionu əsir düşərgələrinə marşlar təşkil edir, minlərlə yəhudilərin öldürülməsində xüsusi fəallıq göstərirdilər.
Belə bir vəziyyətdə Ermənistanda yaşamış yəhudilərin bu ölkənin ərazilərini tərk etmələrinə təəccüb etmək lazım deyil. Onlar ya bu ölkəni tərk edir, ya da ermənilərlə ailə qururdular ki, diqqətdən kənarda qalsınlar. Təəssüf ki, Ermənistan hökuməti bu ölkədə antisemitizmin aradan qaldırılması üçün heç bir iş aparmır. Nə qədər ki, ermənilər aşırı millətçilik hərəkətləri edərək və öz iqtisadiyyatlarının çöküşünü, siyasi iflaslarını başqalarının üzərinə atacaqlarsa, Ermənistanda olan-qalan bir neçə yüz yəhudi də əzab çəkməli olacaqlar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB