Erməni xəbər xidməti: “Azərbaycan Səfirliyinin etirazı qanunauyğundur” ETİRAF

Erməni xəbər xidməti: “Azərbaycan Səfirliyinin etirazı qanunauyğundur” ETİRAF

Oktyabrın 18-də "Amerikanın Səsi" radiostansiyasının erməni bürosunun saytında yerləşdirilən və birtərəfli təbliğatı aparılan Qarabağ haqqında 10 dəqiqəlik film Azərbaycanın ABŞ-dakı səfirliyinin müdaxiləsindən sonra həmin saytdan çıxarılıb. SİA "vesti.az"a istinadən xəbər verir ki, erməni xəbər xidmətinin rəhbəri Arkasi Van öz günahını etiraf edib. O bildirib ki, "Amerikanın Səsi"-nin erməni xidməti öz günahını etiraf edib və gələcəkdə informasiya kodeksinə cavab verməyəcək, "Amerikanın Səsi"nin nüfuzuna xələl vura biləcək hərəkətlərə yol verilməyəcək.

Arkasi Van deyib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi "Amerikanın Səsi"nin rəhbərliyinə şikayət ünvanlayıb: "Bizə heç kim hər hansı materialı yaymağa qadağa etmir. Lakin həmin material mübahisəlidirsə, bu zaman qarşı tərəfin də fikirlərini öyrənmək vacibdir. Biz dedik ki, gələcəkdə bu hal bir daha təkrarlanmayacaq və problem həll olunub."

Azərbaycanın ABŞ-dakı səfirliyinin etirazlarına və şikayətinə gəlincə, Arkasi Van deyib ki, Azərbaycan tərəfinin bu addımı qanunauyğundur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə