“Türkiyə ilə Rusiya arasında olan münasibətlər münaqişənin həllinə müsbət təsir edə bilər”

“Türkiyə ilə Rusiya arasında olan münasibətlər münaqişənin həllinə müsbət təsir edə bilər”

"Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini Rusiya və Türkiyənin Azərbaycana qonşu və regionun nüfuzlu dövlətləri olduğunu xatırladaraq söyləyib ki, Azərbaycanın hər iki ölkə ilə münasibətləri yüksəkdir: "Bu baxımdan Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarını təmin edir".

İki dövlət arasında münasibətlərin yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə gəlincə X. Xələfov qeyd edib ki, regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağındadır: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçi olduğunu və Türkiyənin Ermənistanla qonşu olmasını nəzərə alsaq, bu iki dövlət arasında münasibətlərinin yaxşılaşması münaqişənin həllinə də müsbət təsir edə bilər".

Nazir müavini həmçinin Gürcüstan- Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki, bu iki ölkə arasında iki sərhəd-keçid məntəqəsi yaradılacaq: "Azərbaycanla Gürcüstan arasında sərhəd və digər məsələlərdə heç bir problem yoxdur: "Bu gün yeni sərhəd-keçid məntəqələri açılır. Bu da ehtiyacdan irəli gəlir. Bizim ölkələr arasında iqtisadi və siyasi münasibətlər yüksək səviyyədədir. Münasibətlərimiz daha da inkişaf edir, möhkəmlənir. İnsanlar arasında təmas artır. Ona görə də həmi iqtisadi, həm də humanitar əlaqələr imkan verir ki, yeni sərhəd-keçid məntəqələri yaradılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə