Aydın Əliyev: “Hər bir gömrük xidməti eyni çağırışlarla qaşılaşır”

Aydın Əliyev: “Hər bir gömrük xidməti eyni çağırışlarla qaşılaşır”

"Bu gün qloballaşma və regional inteqrasiya prosesləri nəticəsində ticarətin həcminin artması, gömrük işi qarşısında mühüm nəticələr qoyur". SİA-nın məlumatına görə, bunu gün Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclasında iştirakı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Komitə sədrinin sözlərinə görə, dünyanın hər bir gömrük xidməti eyni çağırışlarla qaşılaşır: "Qaçaqmaçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və bu kimi hüquq-mühafizə vəzifələrinin həyata keçirilməsidir. Xüsusilə kadrların peşəkarlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılan işləri qeyd etmək istərdim. Son illərdə bu istiqamətdə atılmış ən mühüm addımlardan biri DGK akademiyasının yaradılması olub. Bununla yanaşı, Azərbaycan potensialın gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının iki regional qurumuna ev sahibliyi edir. Bunlardan biri ÜGT-nin regional tədris mərkəzi və bu Potensialın gücləndirilməsi üzrə regional ofisdir".

Bütün xəbərlər Facebook səhifəmizdə