Milli Məclisin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfranslarda iştirak etmək üçün dekabrın 5-dən 15-dək Almaniyada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Almaniyadakı Türk-Azərbaycan Birliyinin – TAVD-ın təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək konfranslarda Türkiyə və Azərbaycan tarixçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdıracaq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, o cümlədən Xocalı soyqırımından bəhs edəcəklər.
Deputatımız öz məruzələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə ətraflı məlumat verəcək. Son iki yüz ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini Almaniya ictimaiyyətinin nəzərinə çatdıracaq. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB