Politoloq: “Bu həm Türkiyənin, həm də Azərbaycanın marağındadır” MÜNASİBƏT
"Roma Papasının Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair söylədiyi fikirlərə, təkliflərə sülhməramlı kontekstdən yanaşmaq olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, Roma Papası birbaşa olaraq münaqişələrin həll edilməsi ilə məşğul deyil: "Türkiyə höküməti dəfələrlə rəsmi mövqedən çıxış edərək bəyan edib ki, Azərbaycan strateji müttəfiqimiz olduğu üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədlər açılamayacaq. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, bütün məsələlərdə dövlətimizin yanındadır. Məhz bu baxımdan da Türkiyə hökumətinin sərhədlərin açılması ilə bağlı mövqeyini rəsmi şəkildə ortaya qoyacağına inanırıq. Bu həm Türkiyənin, həm də Azərbaycanın marağındadır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB