Qabil Hüseynli: “İmpiçment məsələsi Sarkisyanın nüfuzunu aşağı salacaq” AÇIQLAMA

Qabil Hüseynli: “İmpiçment məsələsi Sarkisyanın nüfuzunu aşağı salacaq” AÇIQLAMA

"Ümumiyyətlə hesab edirəm ki, Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment məsələsi baş tutmayacaq. Çünki, parlamentdə Serj Sarkisyanın tərəfdarları üstünlük təşkil edir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment tətbiq olunması və bundan sonra onun hakimiyyətdə qalmasının nə dərəcədə real göründüyünə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, müxalifət tərəfdarları parlamentdə azlıqda qalır: "İmpiçment tətbiq etmək üçün deputatların səslərinin ¾ hissəsini yığmaq lazımdır. Güman edirəm ki, o qədər deputat səsini müxalifət toplaya bilməyəcək. Müxalifət sadəcə olaraq beynəlxalq ictimai rəyin fikrini məsələnin əsas kontekstindən yayındırmağa çalışır. Hesab edirəm ki, bu impiçment məsələsi Sarkisyanın nüfuzunun aşağı düşməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə