Vurğun Əyyub: “Məni “xəyanətkar” hesab edənlərin özləri xəyanətkardır” İTTİHAM

Vurğun Əyyub: “Məni “xəyanətkar” hesab edənlərin özləri xəyanətkardır” İTTİHAM

Müsavat Partiyasının aparıcı funksionerlərindən biri olan və narazıları dəstəkləyən Vurğun Əyyub onu xəyanətkar adlandıran partiyanın yeni rəhbərliyinə və bu rəhbərliyi dəstəkləyənlərə sərt cavab verib. SİA xəbər verir ki, Vurğun Əyyub sosial şəbəkədəki münasibətində onu xəyanətkar adlandıran tərəflərin əslində özləri ən böyük xəyanətkardır: "Kim mənə "xəyanətkar" deyirsə, məni "xəyanətkar" hesab edirsə, onun özü ən böyük xəyanətkardır!"

Xatırladaq ki, Vurğun Əyyub partiyadan istefa verməyib və Müsavatın ali orqanlarında təmsil olunur. Lakin buna baxmayaraq, partiyadan istefa verənləri və hazırda təşkilatda narazı qrupda təmsil olunanları dəstəkləyir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə