Zahid Oruc: "Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ləğv olunmalıdır"

Zahid Oruc: "Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ləğv olunmalıdır"

Millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü iclasında müəllimlərin maddi vəziyyətinin yaxşılaşması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müəllim biliyinin qiymətləndirilməsi səlahiyyətinin verilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, Milli Məclisdə "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Z. Oruc deyib ki, könüllü şəkildə biliyin qiymətləndirilməsi testindən keçən müəllimlərə bir neçə dəfə artıq maaş, yaxud qüsursuz çalışanlara mənzil, ya ipoteka verilə bilər.

O həmçinin söyləyib ki, 7 il ərzində 45 min insan dövlət qulluğuna sənəd verib: Onların yalnız 4 mini işlə təmin olunub. Yerdə qalan 41 min nəfər isə işlə təmin olunmayıb. Buna görə də Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ləğv olunmalıdır".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə