Mustafa Hacıbəyli: “İsa bəyin mövqeyi ortadadır” MÜNASİBƏT

Mustafa Hacıbəyli: “İsa bəyin mövqeyi ortadadır” MÜNASİBƏT

"İsa bəy sözünü deyib və bildirib ki, Müsavat nə qədər demokratik partiya olsa da, bu partiyada hər dəfə bir başqan seçmək imkanı yoxdur". Sözügedən fikirləri SİA-ya partiyanın Məclis üzvü Mustafa Hacıbəyli təşkilat daxilində cərəyan edən son hadisələrə və istefalara münasibət bildirərkən deyib.

Mustafa Hacıbəyli həmçinin bildirib ki, artıq hər hansı etiraza gərək yoxdur: "İsa bəy bildirib ki, bizim bir başqanımız var o da Arif Hacılıdır. O, bununla bir daha qurultayın yüksək şəffaflıq şəraitində keçdiyini vurğulayıb və qərarlara qarşı çıxış edənlərin haqlı olmadıqlarını deyib".

Partiyanın Məclis üzvü onu da xatırladıb ki, İsa Qəmbər digər müsavatçıları da Arif Hacılını qəbul etməsi üçün çağırış edib: "İsa bəy deyib ki, kim partiyanın güclənməsini istəyirsə, Arif Hacılıya dəstək verməlidir. Çünki Arif Hacılının uğuru Müsavat partiyasının uğuru olacaqdır. İsa bəyin bu mövqeyi ortadadır. Bu mövqedə həm mətbuatda, həm də video olaraq internetdə yayımlanıb".

Qeyd edək ki, Müsavat Partiyasından istefa verən tərəflərin fikrincə, bu gün partiyanın idarəçiliyində eks-başqan İsa Qəmbərin rolu hələ də qalmaqdadr və Arif Hacılıya da müəyyən təlimatları İsa Qəmbər verir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə