Novruz Məmmədov: "Biz Avropa İttifaqı üçün mühüm ölkəyik"

Novruz Məmmədov: "Biz Avropa İttifaqı üçün mühüm ölkəyik"

"Azərbaycan əvvəlki illərdə olduğu kimi həm daxili, həm də xarici siyasətində böyük uğurlara nail olub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev il ərzində 15-ə yaxın müxtəlif ölkəyə səfər edib: "10-a yaxın isə beynəlxalq tədbirlərdə iştirak edib. Bunların hamısı Azərbaycanın inidyədək inkişafının yeni mərhələsinin fundamentini qoyur. Ölkəmiz hərtərəfli, uğurlu şəkildə inkişaf edən dövlətdir. Azərbaycan bütün sahələrdə öz mövqeyini möhkəmləndirib. Bu il ərzində də ölkəmiz öz reytinqini, nüfuzunu gücləndirib. Azərbaycan-Macarıstan arasında, eləcə də Azərbaycan-İran arasında mühüm bəyannamə imzalandı. Hər iki bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Prezidentin bütün səfərləri Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıqda mühüm addıma malikdir.

Bu gün dünyanın onlarla ölkəsində fəlakət yaşanır. Bu nöqteyi-nəzərdən Azərbaycanın beynəlxalq aləmdə nüfuza, reytinqə malik olması onun tarixi nailiyyətidir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı normal gedir. Azərbaycan tərəfi hətta təklif edir ki, Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişi imzalansın. Hazırda bu istiqamətdə işlər gedir. Biz Avropa İttifaqı üçün mühüm ölkəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə