Rusiya kanalı Dövlət Bayrağı Günü ilə bağlı reportaj yayımladı FOTO

Rusiya kanalı Dövlət Bayrağı Günü ilə bağlı reportaj yayımladı FOTO

"Rossiya 24" televiziya kanalı 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı reportaj yayımlayıb. SİA-nın xəbərinə görə, telekanalın xüsusi müxbiri Aleksandr Çernetsovun Bakıdan hazırladığı reportajda qeyd olunur ki, Bayraq Günü Azərbaycanın ən gənc bayramlarından biridir.

Qeyd edilir ki, əsas tədbirlər Xəzər sahilindəki Bayraq Meydanında keçirilir. Məhz burada rekord hündürlükdə - 160 metrdən artıq yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bakının minlərlə sakini və paytaxtın qonaqları bu meydanda toplaşıblar. Əlbəttə, bu əziz gündə müstəqillik və dövlətçilik rəmzinə toxunmaq xoş əlamətdir. Azərbaycan bayrağının rənglərinin mənası barədə Rusiya tamaşaçılarına məlumat verən A.Çernetsov vurğulayır ki, gələn il Azərbaycanda Bayraq Günü ilk yubileyini – təsis olunmasının 5-ci ildönümünü qeyd edəcək. Hələlik isə Bayraq Meydanından beynəlxalq velosiped yürüşü start götürür. Bayram tədbirləri Azərbaycan paytaxtının küçələrində gecə saatlarına qədər davam edir. (AzərTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə