Mübariz Əhmədoğlu: “Serj Sarkisyan Moskvadan rüsvayçı şəkildə geri qayıdıb”
"Ermənistan prezidenti Serj Sarkisyan simasız, həyasız, abırsız bir millətin təmsilçisidir. Ona görə də min hoqqadan çıxır ki, özünü əhaliyə yaxşı göstərsin, Moskvanın arxasında dayandığını onlara sübut etsin. Əslində mitinqlərin keçirildiyi bir dövrdə onun Moskvaya getməsinin səbəbi də budur". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, hazırda Ermənistanda mitinq dalğasını başladanlar ən iri siyasi qüvvələrdir: "Bu gün Ermənistanda keçirilən mitinqlərə eks prezident Levon Ter Petrosyan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan rəhbərlik edir. Yəni, birinin siyasi təcrübəsi, digərinin isə pulu hədsiz çoxdur. Böyük ehtimalla oradakı mitinqlər Serj Sarkisyanı bitirəcək".
M. Əhmədoğlunun sözlərinə görə, həm Levon Ter Petrosyan, həm də Qaqik Tsarukyan Moskvaya bağlı insanlardır: "İndi, Ermənistanda da belə bir rəy var ki, Moskva Serj Sarkisyandan əlini çəkib və Qaqik Tsarukyanı dəstəkləyəcək. Əhalidə belə bir fikrin inkişafının qarşısını almaq üçün Serj Sarkisyan Moskvaya səfər edib. Serj Sarkiyanın yaxın ətrafı mətbuat vasitəsi ilə belə bir şayiə buraxdılar ki, guya Serj Sarkisyan gizli, qapalı görüşlər keçirib. Əslində isə Moskvanın Serj Sarkisyanla qapalı görüş keçirməyə ehtiyacı yoxdur. Çünki Moskva istənilən anda, istənilən əmri Ermənistana verə bilər və bu da həmin an yerinə yetirməlidir. Moskvada onu nə prezident, nə baş nazir onu qəbul etməyib. Buradan rüsvayçı şəkildə geri qayıdıb. Məhz onun geri dönüşündən sonra mitinqçilər yenidən aktivləşiblər. Mətbuatın yazdığına görə yaxın günlərdə oturaq mitinqlərə başlayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB