Fəzail İbrahimli: “Əgər sabah onlar parlamentdə təmsil olunsalar, bu qanunun müddəalarını qəbul edəcəklər” MÜNASİBƏT
"Cənab Prezidentin verdiyi hər bir qərar Azərbaycanın siyasi mənzərəsinə uyğundur". Bu fikirləri SİA-ya Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bu Fərmanı kifayət mütərəqqi və mövcud siyasi proseslərə cavab verən sənəd kimi yüksək qiymətləndirilməlidir. Millət vəkili eyni zamanda müxalifətin radikal qanadının edilən dəyişikliklərlə bağlı qeyri-ciddi fikirlərinə də münasibət bildirib: "Əgər bu Fərmanı kimlərsə qəbul etmək istəmirsə, həmin tərəflər "Siyasi Partiyalar haqqında" qanuna edilmiş dəyişiklikləri bəyənmirsə, demək onların özlərində ciddi problemlər yaşanır. Burada qəribə heç nə yoxdur. Əgər sabah onlar parlamentdə təmsil olunsalar, bu qanunun müddəalarını qəbul edəcəklər. Lakin indi parlamentdə olmadıqlarına görə istənilən demokratik dəyərlərə qısqanclıqla yanaşırlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB