"Ümumiyyətlə hesab edirəm ki, oktyabrın 28-də Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumu xüsusi əhəmiyyətə malik idi". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov oktyabrın 28-də Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətindən danışarkən deyib.
ATGTİ sədrinin sözlərinə görə, çox sevindirici haldır ki, bu forum ilk dəfə Azərbaycanda keçirildi: "Hətta deyərdim ki, bu forum Azərbaycanın ev sahibliyinə görə tarixə düşdü. 70-ə yaxın ölkə Gənclər siyasəti üzrə I Qlobal Forumunda iştirak edirdi. Burada dünyanın gənclər sahəsi ilə məşğul olan şəxslər iştirak edirdi. Bu da gənc liderlərin toplantısı idi. Azərbaycan və onun paytaxtı Bakı şəhəri bir neçə gün ərzində gənclərin beyin mərkəzi oldu. Təbii ki, burada böyük təcrübə mübadilələrinin aparılması, dünyada gənclər sahəsində çatışmazlıqlar, inkişafı sürətləndirməyə yönəlmiş müzakirələr, müxtəlif qərarlar və s. sanki böyük bir mərkəzdən xəbər verirdi. Bu mərkəzdə isə dünya gənclər siyasəti müzakirə olunurdu. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi, tədbirin yüksək səviyyədə təşkili, cənab Prezident İlham Əliyevin orada iştirakı və proqram xarakterli çıxışı Azərbaycanın uğurlarının geniş auditoriyaya çatıdırılması baxımından vacib məqamlardan biri idi. Düşünürəm ki, artıq Azərbaycanın uğurlu gənclər siyasəti modeli və ölkəmizdə gənclərə verilən qiymət forum ərəfəsində bir daha gənc liderlərin diqqətinə çatdırıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB