Mustafa Hacıbəyli fraksiyaçılara CAVAB VERDİ

“Fraksiyanın yaradılması bölücülük fəaliyyətindən başqa bir şey deyil”
Mustafa Hacıbəyli fraksiyaçılara CAVAB VERDİ

"Müsavat Partiyasının Nizamnaməsində hər hansı bir fraksiyanın yaradılması öz əksini tapmır". Bu fikirləri SİA-ya açlqlamaslnda partiyanın Məclis üzvü Mustafa Hacıbəyli keçmiş Divan üzvü və başqanlığa namizəd olmuş Tural Abbaslının yaradılacaq fraksiya ilə bağlı Nizamnamə pozuntusunun olmaması, eləcə də partiyadaxili müxalifət kimi fəaliyyət göstərmək iddialarına münasibət bildirərkən deyib.

Məclis üzvü hesab edir ki, Qubad İbadoğlu və Tural Abbaslının birgə yaradacağı fraksiya Müsavatda bölücülük amilini daşıyır: "Fraksiyanın yaradılması partiyada bölücülük fəaliyyətindən başqa bir şey deyil. Təbii ki, buna qarşıyam. Amma bölücülük baş versə belə, buna faciə kimi baxmıram".

Mustafa Hacıbəyli əslində, bölücülüyün partiyaya müsbət təsir edəcəyini vurğulayıb. O, bunu partiyanı parçalamaq istəyən tərəflərin partiyadan uzaqlaşacaqları ilə əlaqələndirib: "Bu nə qədər mənfi hal olsa da, müsbət tərəfi də mövcuddur. Belə ki, qruplaşmada çıxış edən partiya üzvlərinin hamısının adı müsavatçılara bəlli olacaq. İndiyə qədər də qrup şəkilndə çıxış edən insanlar olub".

Müsavat funksioneri baş verənlərdə partiya rəhbərliyinin də məsuliyyət daşıdığını istisna etməyib: "Təəssüf ki, partiya rəhbərliyi bunu bilsə də, bu barədə xəbərdar olsa da, partiyamızın bir çox üzvü bu qruplaşmalarda çıxış edən insanlardan xəbərsiz olublar. Əgər fraksiya qəbul olunsa, əsl müsavatçılar həmin insanları tanıyacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə