Uorlik prezidentlərin görüşündən danışdı

Uorlik prezidentlərin görüşündən danışdı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə keçirilən görüşünə münasibət bildirib. SİA bu barədə amerikalı həmsədrin "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri Paris görüşünün irəliyə doğru müsbət addım olması ilə razılaşır"- deyə, Uorlik qeyd edib.

O, görüşə görə Fransa prezidentinə minnətdarlığını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə