"Bu günə qədər Xədicə İsmayılın davranışları yalnız təxribat xarakterli olub". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
"Xədicə İsmayıl jurnalistdirmi? Bu sualın birmənalı şəkildə cavabı xeyrdir, Xədicə İsmayıl jurnalist deyil. Həmçinin o, hüquq müdafiəçisi də deyil. Eyni zamanda özünü Azərbaycan vətəndaşı kimi də aparmır. Yəni, Xədicə İsmayıl standartların heç birinə uyğun gəlmir. Danosları göz qabağındadır. Bu günə qədər atdığı addımlar, xarici dairələrin vasitəsi ilə Azərbaycanda ayrı-ayrı adamların ləkələnməsi istiqamətində həyata keçirdiyi kampaniyalar, böhtan və şər xarakterli materialların dərc olunması, insanları təxribata çəkmək, onların şəxsi həyatlarına müdaxilə etmək, saysı-hesabsız məsələlər var ki, onların hər biri Azərbaycan qanunvericiliyi, ümumiyyətlə dəyər normalarının pozulmasıdır. Bu baxımdan Xədicə İsmayılın son addımlarında fərqli istiqamətdə dəyərləndirmək mümkün deyil" - deyə, E.Mirzəbəyli vurğulayıb.
E.Mirzəbəyli bildirib ki, Azərbaycanda insan haqları üzrə işçi qrupunun bərpa olunaraq fəaliyyətini davam etdirməsi və bu istiqamətdə ictimai sektorun nümayəndələri ilə dövlətin birbaşa təmaslar quraraq birgə addımlar atması çox önəmli hadisədir: "Bu addımlara heç Avropa ölkələrində belə rast gəlinmir. Ancaq, bütün bunların fövqündə Xədicə İsmayılın insanları təxribata çəkməsi, Azərbaycanın ictimai-siyasi həyatında önəmli rolu olan insanlara qarşı aqressiv münasibət bildirməsi, təhqir etməsi, onun bütün mahiyyətinin yalnız təxribatçılıqdan ibarət olmasını ortaya qoyur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB