Musa Qasımlı: “Əliqanlı Serjin sonu çox yaxındadır”

Musa Qasımlı: “Əliqanlı Serjin sonu çox yaxındadır”

"Erməni xalqının acınacaqlı sosial-iqtisadi və psixoloji şəraitdə yaşamasının təqsirkarı Serj Sarkisyan başda olmaqla, Ermənistan rəhbərliyidir". Bu fikirləri SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı hazırda Ermənistanda hökm sürən anarxiya və xaosu, vəziyyətin gərginləşdiyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün sahələrində yaranan böhranın daha da dərinləşməsinə səbəb yalnız Sarkisyan rejimidir: "Sarkisyan yürütdüyü anti-erməni siyasəti ilə xalqını ağır vəziyyətə salıb. Bu insan və komandası hakmiyyətdən uzaqlaşdırılmayana qədər vəziyyətin bu yöndə davam edəcəyinə şübhəmiz yoxdur. Ermənistan öz qonşuları ilə ilk növbədə Azərbaycanla münasibətlərini düzgün qurmasa, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, bu ölkənin yaxşı gələcəyi gözlənilmir".

Millət vəkili onu da qeyd edib ki, acınacaqlı və ac-yalavac vəziyyətində çabalayan sadə erməni xalqı, məhz bu amilləri nəzərə alaraq, davamlı aksiyalar, mitinqlər keçirməyə başlayıblar: "Əbəs yerə deyil ki, müxalifət nümayəndələri bir araya gələrək bu gün Ermənistandakı böhranlı vəziyyəti analiz edərək, Sarkisyan rejiminə qarşı mitinq keçirirlər. Keçirilən mitinqlərin kütləviliyi də sırf bunun göstəricisidir. Hesab edirəm ki, artıq əliqanlı Serjin sonu çox yaxındadır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə