Rauf Əliyev: “Onların belə çıxışlarını ciddiyə almaq olmaz” AÇIQLAMA
"Ümumiyyətlə, Müsavat Partiyasının Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı heç bir zaman düzgün informasiya verməyib". Bunu SİA-ya millət vəkili Rauf Əliyev MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının MNTK və Məclisi qeyri-leqitim adlandırmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, MNTK-nın keçmiş üzvünün bu yalanları bu günün özündə də davam edir: "Hazırda onların problemləri pik həddə çatıb. Gəlin görək, həmin problemlər hansılardır? Bu şəxslər mütəmadi olaraq bir-birləri ilə qarşıdurmaya, konfiliktə girirlər. Onlar heç cür bir araya gələ bilmirlər. Bu mənada hesab edirəm ki, onların belə çıxışlarını ciddiyə almaq olmaz. Azərbaycanda hər bir şey qanun çərçivəsində davam edir. Əlövsət Talışxanlı kimi insanlar populist çıxışları ilə nəyəsə nail olmağa çalışırlar. Amma mən onlara demək istəyirəm ki, bu heç cürə mümkün olmayacaq. Artıq bu gün hamı şahiddir ki, Müsavat Partiyası dağılıb gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB