Rasim Musabəyov: “David Kramerinin istəyi ilə heç bir məsələ həll olunmur” AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Payız sessiyasında Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan dövləti tərəfindən işğal olunmasına dair qətnamə qəbul olunsa belə, onun gücü heç də BMT Təhlükəsizlik Şurasının qərarından üstün deyil". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov AŞPA-nın Payız sessiyasında Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan dövləti tərəfindən işğal olunmasına dair qəbul olunan qərara münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, heç kimə sirr deyil ki, hələ BMT TŞ-nin Azərbaycanla bağlı 4 qətnaməsi yerinə yetirilməyib: "Bu mənada hesab edirəm ki, dünya dövlətlərinin AŞPA-nın çıxardığı qərardan sonra Ermənistana qarşı iqtisadi-siyasi sanksiya tətbiq etməsini gözləməyə dəyməz. Buna baxmayaraq, həmin qərarın siyasi əhəmiyyəti var. Düşünürəm ki, işğalçı ölkənin Azərbaycan torpaqlarından çıxmağını tələb edən qərar olsa, bu müsbət sayıla bilər".
"Freedom House" təşkilatının prezidenti David Kramerin ABŞ Konqresindən Azərbaycan qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunması ilə bağlı çıxışına da münasibət bildirən Rasim Musabəyov əlavə edib ki, əvvəllər bu məsələlərlə David Kramerinin köməkçisi məşğul olub: "Hətta o, Azərbaycana bir neçə dəfə səfər edib. Hesab edirəm ki, "Freedom House" təşkilatının prezidentinin istəyi ilə heç bir məsələ həll olunmur. ABŞ-ın Azərbaycanla kifayət qədər mühüm siyasi, geopolitik əlaqələri var. Düşünürəm ki, onun bu çıxışı dolayısı yolla Azərbaycana çağırışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB