YAP rəsmisi: “Milli Şura”nın mitinqi ara qarışdırmağa hesablanıb” AÇIQLAMA
"Ümumiyyətlə, "Milli Şura"nın növbəti mitinqi də digərləri kimi ara qarışdırmağa hesablanıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın oktyabrın 12-nə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.
YAP İcra katibi müavininin sözlərinə görə, Azərbaycanda ara qarışdırmaq üçün müxtəlif qüvvələrin təsiri altında ayrı-ayrı ölkələrdən, qeyri-hökumət təşkilatlarından ("Freedom House" təşkilatı və s.) müxtəlif bəyanatlar gəlir: "Təbii ki, bu mitinq də onun tərkib hissəsidir. Yəni bu, onların təhriki, verdikləri sifariş əsasında olan mitinqdir. Heç kimə sirr deyil ki, onlar burada da ara qarışdırmağa, təxribat törətməyə, eləcə də insan hüquqları ilə bağlı hər hansı bir prosesə təsir göstərməyə çalışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB