Elçin Behbudov: ““Human Rights Watch”a Azərbaycandan yanlış məlumatlar sızdırılır”

Elçin Behbudov: ““Human Rights Watch”a Azərbaycandan yanlış məlumatlar sızdırılır”

""Human Rights Watch" Azərbaycana qarşı həmişə belə qərəzli hesabatlar hazırlayıb. Bunu SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

E.Behbudovun sözlərinə görə, "Human Rights Watch"a qərəzli hesabatlar hazırlaması üçün yanlış məlumatlar ya Azərbaycandakı hər hansı bir hüquq müdafiə təşkilatı, ya da onların buradakı nümayəndələri tərəfindən sızdırılır.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Elçin Behbudov Human Rights Watch"un hədəfinə çevriləcəyindən ehtiyatlandığı üçün hesabatla bağlı tam şəkildə açıq mövqeyini ortaya qoymaqdan çəkindi: ""Human Rights Watch"un iç üzünü açmaq onun özünə qarşı qara piar kampaniyasının başlanmasına səbəb ola bilər. Ona görə də dediklərimlə kifayətlənirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə