Elşən Musayev: “İsa Qəmbər Arif Hacılıya 2018-ə qədər “generalnıy dovernost” verdi”

Elşən Musayev: “İsa Qəmbər Arif Hacılıya 2018-ə qədər “generalnıy dovernost” verdi”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz "facebook" səhifəsində "Müsavat" Partiyasının dünən keçirilən qurultayı ilə bağlı maraqlı status paylaşıb. SİA həmin statusu təqdim edir.

"Müsavat"ın başqan namizədlərinin çıxışlarını izləyirəm... Ay Qubad İbadoğlu belə, ay elmlər namizədi elə, ay filankəs ziyalıdı, ay behmankəs liderdi...

Bu nədi alə?!....

Hələ tribunada durmağın, publika ilə işləməyin, 3 kəlməni bir - birinə düzüb - qoşmağın yönünü bilmirlər... Amma iqtidarı dəyişmək, "Müsavat"ı hakimiyyətə gətirmək "hava"sındadırlar...

Oysa, bu mağara təfəkkürü ilə nəinki iqtidarı, heç evinizdəki şifoneri, tavanınızdakı "lampoçka"nı belə dəyişə bilmərsiz...

Dostlardan biri gözəl təsvir edib: "İsa Qəmbər Arif Hacılıya 2018-ə qədər "generalnıy dovernost" verdi. Sözün gerçək anlamında belədir. Adam 20 il işlətdiyi "obyekt"ə sadəcə yeni icraçı direktor təyin etdi. Səhmlər isə hələ də öz əlindədir...

Gözəl əyləncə idi amma, deyilmi?!

Bir tək rəqqasə - filan əksik idi....Ki, İsa bəy də yekunda (tədbir öz füsünkar sonucuna varsın deyə) - göbək burcudan xanımın sinəsinə yüzlükdən - zaddan qoyub, məclisi ehmalca yola versin...

Eynən - 4 illik "qurultay fırlatması" azmış kimi, bir də qurultay boyunca o boyda kütləni, fanat ordusunu, siyasi kamikadzeləri yola verdiyi tək...

Kitab oxuyun "əzizlərim", KİTAB!

KİTAB oxumadığınız sürəcə - "priçeska"nız da Tural Abbaslının "priçeska"slna oxşayacaq, çıxışınız da, düşüncəniz də, həyatınız da....

Bütün xəbərlər Facebook səhifəmizdə