Cəmil Həsənli Xədicə İsmayılla bağlı sualdan yayındı

“İnformasiyanı oxumamışam, işim var”
Cəmil Həsənli Xədicə İsmayılla bağlı sualdan yayındı

"Mənim bu məsələ ilə bağlı məlumatım yoxdur. Gərək saytları izləyim, sonra da bununla bağlı hər hansı bir fikrimi bildirim". Bu sözləri SİA-ya Milli Şuranın sədri Cəmil Həsənli Varşavada ATƏT-in zirvə toplantısında "Fundamental azadlıqlar" mövzusu müzakirəsi zamanı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı və Ermənistanın işğalçılıq siyasəti barədə çıxışı zamanı jurnalist Xədicə İsmayılın və bir neçə nəfərin çıxışçıya arxa çevirməsi məsələsi ilə bağlı sualı cavablandırarkən deyib.

Cəmil Həsənli ilə bir müddət sonra yenidən əlaqə saxladıq. Milli Şuranın sədri bu dəfə də sualımızdan yayınaraq, axşama qədər məşğul olacağını deyib: "İnformasiyanı oxumamışam. Çünki saat 5-ə qədər şəhərdə olacağam. Vacib işlərim var".

Qeyd edək ki, informasiya texnolofiyalarının ən müasir dövründə Milli Şuranın sədri Cəmil Həsənli sözügedən informasiyanı rahatlıqla öyrənə bilərdi. Bu baxımdan, onun Xədicə İsmayılla bağlı informasiyaya malik olmaması inandırıcı görünmədi. Cəmil Həsənli, sadəcə, Xədicə İsmayılın yanlış hərəkətinə münasibət bildirmək istəmədiyi üçün bu sualı cavablandırmaqdan yayındı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə