Millət vəkilindən maraqlı REAKSİYA

Etibar Hüseynov: “Allah qapısını açmasın”
Millət vəkilindən maraqlı REAKSİYA

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dünən keçirdiyi xüsusi əməliyyatı nəticəsində 26 nəfər İŞİD terror qruplaşması üzvünün həbsinə millət vəkili Etibar Hesüynov tərəfindən maraqlı reaksiya verilib. SİA xəbər verir ki, millət vəkili öz facebook hesabında sözügedən məsələ ilə bağlı yazıb ki, "Bakıda 26 İŞİD üzvü həbs edildi. Deyirəm, Leyla Yunus çöldə olsaydı onlardan nə siyasi dustaq düzəldərdi. Allah heç qapısını açmasın".

Xatırladaq ki, həbsdə olan Leyla Yunus bundan öncə, Bakıda metroda terror hadisəsi törədənlərin, "Sadval" separatçı qruplaşma üzvlərinin adlarını siyasi məhbus siyahısına salmışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə