Sədr müavini: "Hərbi təlim kimisə qorxutmaq üçün deyil"

Sədr müavini: "Hərbi təlim kimisə qorxutmaq üçün deyil"

"Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlim iki ölkə arasındakı əməkdaşlığın məzmununa uyğundur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib: "Torpaqları işğal olunmuş Azərbaycan hərbi aspektdə də yüksək səviyyədə hazırlıq aparmalıdır. Azərbaycan və Türkiyə arasında keçirilən irimiqyaslı hərbi təlim kimisə qorxutmaq üçün yox, güclü olmaq üçündür".

Bütün xəbərlər Facebook səhifəmizdə