Vəfa Quluzadə: “Türkiyənin bu koalisiyaya qoşulması isə sual altındadır” AÇIQLAMA

Vəfa Quluzadə: “Türkiyənin bu koalisiyaya qoşulması isə sual altındadır” AÇIQLAMA

"İŞİD-ə qarşı hərbi əməliyyatların aparılmasına Türkiyənin qoşulmaması və dəstəklənməməsinin səbəbləri çoxdur". Bunu SİA-ya politoloq Vəfa Quluzadə deyib.

Politoloqun sözlərinə görə, Türkiyə özü Amerikaya bununla bağlı altı sual səsləndirib: "Həmin altı sualdan biri Türkiyənin 49 diplomatının İŞİD-in girovuna çevrilməsi ilə bağlıdır. Əgər Türkiyə də ABŞ və Ərəb ölkələri kimi İŞİD-ə qarşı koalisiya daxil olarsa, bu zaman onların hamısını məhv edəcəklər. Türkiyənin bununla bağlı çoxlu sanballı səbəbləri var. Rəsmi Ankaranın gələcəkdə bu koalisiyaya qoşulması isə sual altındadır.

Bununla belə, açıq-aydın görünür ki, İŞİD geniş və sünni hərəkatıdır. Türkiyənin də əksəriyyəti sünnilərdən ibarətdir. Bu mənada hesab edirəm ki, Türkiyə bu kolasiyaya qoşulmaqla öz əhalisinin narazılığı ilə də qarşılaşa bilər. Düşünürəm ki, rəsmi Ankara həmçinin özünün daxili məsələləri ilə də hesablaşmalıdır. Türkiyə ABŞ-ın müttəfiqi olsa belə, bu o demək deyil ki, rəsmi Ankara öz milli maraqlarının ziddinə olaraq Amerika nə desə onunla əlbir hərəkət etməlidir. Türkiyə Suriya və İraqla ən böyük sərhədə malikdir. Beləcə bu İŞİD hərəkəatı Trükiyəyə də keçə bilər".

Qeyd edək ki, ABŞ və Ərəb ölkələrinin İŞİD-ə qarşı koalisiya yaratmasına baxmayaraq, İŞİD-ə qarşı hərbi əməliyyatların aparılmasına Türkiyə qoşulmayıb və dəstəkləməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə